Menyu

11 ayda Bakı hava limanından 45 minə yaxın reys həyata keçirilib

Nərmin Qocamanlı
11 ayda Bakı hava limanından 45 minə yaxın reys həyata keçirilib

Bu ilin yanvar-noyabr aylarında Heydər Əliyev Beynəlxalq Aeroportu 5,301 milyon sərnişinə xidmət göstərib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,2 % çoxdur. 

"Operativ Media" hava limanına istinadən xəbər verir ki, 11 ayda aeroportdan 45 minə yaxın reys həyata keçirilib. Beynəlxalq istiqamətlərdə daşınan bütün sərnişinlərin 58,5 %-i xarici aviadaşıyıcıların, qalanı isə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) payına düşüb. AZAL 1 milyon 925 mindən çox sərnişinə beynəlxalq uçuşlarda, 660 min sərnişinə isə Naxçıvan istiqamətində xidmət göstərib.

Hesabat dövründə 42 aviaşirkət hava limanına müntəzəm uçuşlar həyata keçirib ki, onların da 18-si aşağıbüdcəlidir. Loukosterlərin payına düşən sərnişinlərin sayı ümumi xarici aviaşirkətlərə nisbətdə 43,4 % təşkil edib. Ümumilikdə, ən çox sərnişini “Turkish Airlines”, “Georgian Wings”, “Aeroflot”, “Utair” və “FlyDubai” şirkətləri daşıyıb. 

Sərnişinlər üçün əlçatanlığın və rahatlığın təmin olunması məqsədilə Azərbaycana uçuşlar həyata keçirən xarici aviaşirkətlərlə əməkdaşlığın genişləndirilməsi hazırda da davam etdirilir.

Teqlər:

"11 ayda Bak\u0131 hava liman\u0131ndan 45 min\u0259 yax\u0131n reys h\u0259yata ke\u00e7irilib"

Əlaqəli Xəbərlər