http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Bakıda nəqliyyatla bağlı beynəlxalq elmi konfrans keçirilib

07 Dekabr 2023 , 17:33
Bakıda nəqliyyatla bağlı beynəlxalq elmi konfrans keçirilib

Bakıda “Nəqliyyatın planlaşdırılması və nəqliyyat axınlarının modelləşdirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) "Operativ Media"ya bildirilib ki, tədbir AYNA, Azərbaycan Texniki Universiteti və Özbəkistanın “Transproyekt” məsləhətçi şirkətinin təşkilatçılığı ilə baş tutub.

Konfransda mobillik proqramı və Bakı aqlomerasiyasının nəqliyyat modeli, Azərbaycanda mobillik planlarının hazırlanması təcrübəsi, müxtəlif ölkələrdə ictimai nəqliyyat üçün marşrut şəbəkələrinin planlaşdırılması və nəqliyyat sahəsində “rəqəmsal əkiz”lərin yaradılması mövzuları üzrə məruzələr təqdim olunub.

Azərbaycanla yanaşı, Rusiya, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın nəqliyyat sahəsində fəaliyyət göstərən nazirlik və qurumların nümayəndələri, beynəlxalq məsləhətçi təşkilatların mütəxəssisləri ictimai nəqliyyatın və nəqliyyat modellərinin inkişafı, planlaşdırılması, nəqliyyat sistemlərinin real vaxt rejimində idarə olunması, yol hərəkətinin tənzimlənməsinin optimallaşdırılması mövzularında çıxışlar ediblər.

İkigünlük tədbirdə nəqliyyat sahəsində ictimai və qeyri-kommersiya təşkilatlarının təmsilçiləri, ali təhsil müəssisələrinin müəllim və tələbə heyətləri iştirak ediblər.

OXŞAR XƏBƏRLƏR
Məktəblilərimiz Balkan Riyaziyyat Olimpiadasında 1 gümüş və 2 bürünc medal qazanıb

Məktəblilərimiz Balkan Riyaziyyat Olimpiadasında 1 gümüş və 2 bürünc medal qazanıb

Naxçıvanda 207 nəfər İkinci Dünya müharibəsi veteranına birdəfəlik maddi yardım ödəniləcək

Naxçıvanda 207 nəfər İkinci Dünya müharibəsi veteranına birdəfəlik maddi yardım ödəniləcək

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə təyinat olub

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə təyinat olub

XƏBƏR LENTİ
  • 22:22

    COP29-un baş danışıqçısı Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti ilə görüşüb
  • 22:09

    Tbilisidə yenidən etirazlar başlayıb
  • 21:55

    Bu rayonun 5 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır
  • 21:41

    SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
  • 21:27

    Serbiyada yeni baş nazir təyin edilib
  • 21:13

    Kənd Təsərrüfatı Nazirliyində təyinat olub
    Kənd Təsərrüfatı Nazirliyində təyinat olub
  • 21:06

    Türkiyə MN: S-400-ləri heç bir ölkəyə təhvil verməyəcəyik
  • 20:51

    Ali Rada nümayəndələri ƏƏSMN-də olub
Menyu