Menyu

Balakən və Şəkidə keçidlərindən istifadə etməyən piyadalar barəsində qanunamüvafiq tədbir görülüb

Nərmin Qocamanlı
Balakən və Şəkidə keçidlərindən istifadə etməyən piyadalar barəsində qanunamüvafiq tədbir görülüb

Şəki və Balakəndə piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması, eləcə də yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən şəxslərin müəyyən edilməsi məqsədilə nəzarət-profilaktik tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, yol polisi əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə yanaşı, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılıb. Onlara yol hərəkətinin təhlükəsizliyi barədə məlumat verilib və barələrində qanunamüvafiq tədbirlər görülüb.

Həmçinin, piyada keçidlərində piyadalara yol verməyən sürücülər də aşkarlanaraq inzibati məsuliyyətə cəlb olunublar.

Teqlər:

"Balak\u0259n v\u0259 \u015e\u0259kid\u0259 ke\u00e7idl\u0259rind\u0259n istifad\u0259 etm\u0259y\u0259n piyadalar bar\u0259sind\u0259 qanunam\u00fcvafiq t\u0259dbir g\u00f6r\u00fcl\u00fcb"

Əlaqəli Xəbərlər