Deputat: Azərbaycan regionda yeni reallıqlar yaradıb
"Növbədənkənar prezident seçkilərin təyin edilməsi ölkə başçısının konstitusiyon hüququdur. Bu, dünya siyasətində, xüsusilə bir sıra qabaqcıl ölkələrdə geniş yayılan yanaşmadır. Britaniya, İsrail, həmçinin ötən il Qazaxıstanda, bu il isə Özbəkistanda növbədənkənar seçkilər baş tutdu".
Bunu "Operativ Media"ya açıqlamasında millət vəkili Rasim Musabəyov deyib.
Millət vəkili bildirib ki, bu gün ən böyük missiya hesab edilən Azərbaycan ərazi bütövlüyü və suverenliyinin tam bərpası prosesi artıq başa çatmış hesab edilir.
"2018-ci ildə Prezident seçilən İlham Əliyev xalqın qarşısında duran ən mühüm məsələ - ərazi bütövlüyünün bərpası prosesinin son mərhələsinə start verdi və qısa zamanda ölkəmizin, xalqımızın bütün potensialını vahid məqsəd uğrunda səfərbər etdi. Vətən müharibəsi Azərbaycanın tarxi qələbəsi ilə başa çatdı. 2023-cü il sentyabrın 20-də lokal antiterror tədbirləri isə ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu. Bundan əvvəlki prezident seçkiləri də növbədənkənar keçirilmişdir və onun səbəbləri var idi. Səbəb o idi ki, qarşımızda müharibə ehtimalı var idi. Belə bir məsuliyyətli addım atmaq üçün təbii ki, cənab Prezident əhalidən tam dəstək almalı idi ki, bu addımı atsın. Bunu da etdi və biz o müharibəni uğurla başa çatdırdıq''.
Millət vəkili vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası həm regionda, həm də ölkədə yeni reallıqlar yaradıb.
"İndi isə yeni mərhələdir və sülh dövrü başlanır. Düşünürəm ki, cənab prezident yenə də əhalidən, seçicilərdən tam dəstək alacaq''.