Menyu

Ötən gün axtarışda olan 221 nəfər saxlanılıb

Nərmin Qocamanlı
Ötən gün axtarışda olan 221 nəfər saxlanılıb
1 dəq oxu

Dekabrın  7-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 221, o cümlədən borclu şəxs qismində axtarışda olan 194 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 22 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

Əlaqəli Xəbərlər