Menyu

Bakıda ağacların qanunsuz kəsilməsi faktı aşkarlanıb

Nərmin Qocamanlı
Bakıda ağacların qanunsuz kəsilməsi faktı aşkarlanıb

Bakıda ağacların qanunsuz kəsilməsi faktı aşkarlanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Qafar Ağayevin sözlərinə görə, araşdırma zamanı sözügedən ərazidə müxtəlif cinsli ağacların kəsilməsi faktı təsdiqini tapıb: 

“Ağacların kim tərəfindən kəsildiyinin müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlər görülməsi məqsədilə toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər