Menyu

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Beyləqanda vətəndaşlarla görüşəcək

Nərmin Qocamanlı
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Beyləqanda vətəndaşlarla görüşəcək

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev dekabrın 14-də, saat 10:00-da Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.

Kənd Təsərrüfatı Nazirliyindən "Operativ Media"ya bildirilib ki, qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-571-61-78) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Teqlər:

"Aqrar Kredit v\u0259 \u0130nki\u015faf Agentliyinin s\u0259dri Beyl\u0259qanda v\u0259t\u0259nda\u015flarla g\u00f6r\u00fc\u015f\u0259c\u0259k"

Əlaqəli Xəbərlər