Menyu

“İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilib

Nərmin Qocamanlı
“İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilib

Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli Qərarı ilə təsdiq edilmiş “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərarla “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”na aşağıdakı məzmunda 1.7-ci bənd əlavə edilib.

Həmin bəndə əsasən, işəgötürən dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə iş yerlərinin attestasiyasının aparılması nəticələrinə dair bu Qaydaların 4.2-ci və 5.2-ci bəndlərində nəzərdə tutulmuş sənədlərin surətinin 10 (on) iş günü müddətində məlumat üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə (DƏMX) təqdim olunmasını təmin etməlidir.

Qeyd edək ki, həmin sənədlər əmək şəraiti üzrə iş yerlərinin attestasiya pasportu, bölmələrdə əmək şəraiti üzrə attestasiyasının və iş yerlərinin siyahısı, müəssisədə iş yerlərinin və əmək şəraiti üzrə attestasiya nəticələrinin toplu siyahısı, müəssisədə əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlər planından ibarətdir.

Teqlər:

"\u201c\u0130\u015f yerl\u0259rinin attestasiyas\u0131n\u0131n ke\u00e7irilm\u0259si Qaydalar\u0131\u201dnda d\u0259yi\u015fiklik edilib"

Əlaqəli Xəbərlər