Menyu

AYNA: Azərbaycanın gömrük postlarında 1 700-dən çox yük maşını gözləmədədir

Nərmin Qocamanlı
AYNA: Azərbaycanın gömrük postlarında 1 700-dən çox yük maşını gözləmədədir

Hazırda “Astara” gömrük postunda 181, “Biləsuvar” gömrük postunda 140, “Qırmızı Körpü” gömrük postunda 1 350, “Mazımqara” gömrük postunda 171, “Samur” gömrük postunda 60 və “Xanoba” gömrük postunda 3 yük maşını (ümumilikdə 1 724 yük maşını) çıxışda gözləmədədir.

"Operativ Media" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

"Gürcüstan-Azərbaycan sərhədində sıxlığın yaranmasına səbəb Rusiya ilə Gürcüstan arasındakı “Yuxarı Lars” gömrük-keçid məntəqəsində hava şəraiti ilə əlaqədar iritonnajlı və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır. İki qonşu ölkə arasında keçməli olan bu yük maşınları hazırda Azərbaycan üzərindən hərəkətini davam etdirir", - deyə məlumatda qeyd olunub.

Teqlər:

"AYNA: Az\u0259rbaycan\u0131n g\u00f6mr\u00fck postlar\u0131nda 1 700-d\u0259n \u00e7ox y\u00fck ma\u015f\u0131n\u0131 g\u00f6zl\u0259m\u0259d\u0259dir"

Əlaqəli Xəbərlər