Menyu

Son 3 ildə 340 Azərbaycan vətəndaşı mina qurbanı olub

Son 3 ildə 340 Azərbaycan vətəndaşı mina qurbanı olub

İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycanın 340 vətəndaşı mina qurbanı olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev "X" paylaşım edib.

Qeyd olunub ki, göstərilən müddət ərzində mina partlamalarından 65 nəfər ölüb, 275 nəfər isə yaralanıb.

2022-ci il noyabrın 10-dan 2023-cü il dekabrın 6-dək Azərbaycanda minalardan 50 mülki şəxs və 15 hərbçi həlak olub. Eyni zamanda 111 mülki şəxs və 164 hərbçi yaralanıb.

Teqlər:

"Son 3 ild\u0259 340 Az\u0259rbaycan v\u0259t\u0259nda\u015f\u0131 mina qurban\u0131 olub"

Əlaqəli Xəbərlər