Bank kartlarından oğurluq edən daha 2 nəfər saxlanılıb
Redaksiya
Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı vətəndaşlardan birinin kartından 312 manat pul oğurlamış paytaxt sakini 2002-ci il təvəllüdlü Aqşin Quliyev saxlanılıb.
"Operativ Media" xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə daha bir vətəndaşın bank kartından 346 manat pul oğurlamış Qusar rayon sakini 1997-ci il təvəllüdlü Sahil Xaspoladov saxlanılıb. Hər iki şəxs barəsində araşdırmalar davam etdirilir. Onların qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net