DYP sürücülərə müraciət edib: "Piyadaların üzərinə su sıçratmaq yolverilməzdir!"
Əziz Əzizli
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücüləri piyadalara qarşı nəzakətli olmağa çağırıb.
"Operativ Media" xəbər verir ki, bu barədə məlumatı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yayıb.
Məlumatda bildirilir ki, havalar soyuduqca, yağışlar yağdıqca yollarda yaranan su gölməçələri piyadalar üçün əsl problemə çevrilir.
"Elə sürücülər var ki, yol kənarında dayanan piyadaları nəzərə almır, yollardan keçərkən sürət həddini azaltmaq əvəzinə əksinə sürət həddini daha da artıraraq, onların üst-başlarını batırmağa nail olurlar. Hava şəraitini nəzərə almaqla, sürücülərə tövsiyə edirik ki, yollarda diqqətli olsunlar və yol kənarlarında dayanan piyadaları nəzərə alsınlar. Unutmasınlar ki, piyadaların üzərinə su sıçratmaq yolverilməzdir"
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net