Tovuzda məktəbdə bıçaqlanma hadisəsi baş verib
Əziz Əzizli
Tovuzda 10-cu sinif şagirdi bıçaq xəsarəti alıb.
"Operativ Media" xəbər verir ki, hadisə N.Tusi adına Təbiət və Texniki Təmayüllü məktəb liseyində qeydə alınıb.
Məktəbinin 10-cu sinif şagirdi 2007-ci il təvəllüdlü Ruslan Məmmədov sağ bud nahiyəsinin kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Dərhal məktəbliyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə sinif yoldaşı tərəfindən bıçaqlanıb. Hadisə isə dərs vaxtı məktəbin həyatində qeydə alınıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov hazırda sözügedən məsələ ilə bağlı araşdırma aparıldığını deyib
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net