Beyləqanda polis əməkdaşları 2 ədəd "AK-74" markalı avtomatı təhvil götürüb
Nərmin Qocamanlı
Beyləqan rayonunda polis əməkdaşları 2 ədəd "AK-74" markalı avtomatı təhvil götürüb
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər zamanı rayon sakini olan bir nəfər tapdığı silah-sursatı təhvil verib. Belə ki, tapılan 2 ədəd Kalaşnikov konstruksiyalı "AK-74" markalı avtomat, 2 ədəd avtomat sandığı və 36 ədəd patron müvafiq qaydada götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma