Menyu

Yeni nəsil nəzarət-kassa aparatları sayı 94 mini ötüb

Nərmin Qocamanlı
Yeni nəsil nəzarət-kassa aparatları sayı 94 mini ötüb

İndiyədək ölkə ərazisində 94 min 818 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.

"Operativ MediaⅦ Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, belə NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

Cari ilin yanvar-noyabr ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 19 milyard 771,4 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 milyard manat, yaxud 14 faiz çoxdur.

Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Teqlər:

"Yeni n\u0259sil n\u0259zar\u0259t-kassa aparatlar\u0131 say\u0131 94 mini \u00f6t\u00fcb"

Əlaqəli Xəbərlər