Restoranlarda oğurluq edən əcnəbi vətəndaş saxlanılıb
Nərmin Qocamanlı
Nəsimi rayonu ərazisində yerləşən restoranda Bakı şəhər sakini olan bir nəfərin gödəkçəsinin cibindən 5000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əcnəbi vətəndaş müəyyən olunaraq saxlanılıb.
Onun dekabrın 9-da Səbail rayonu ərazisində yerləşən restoranda daha bir nəfərin cibindən 230 manatını oğurlaması da müəyyən olunub.
Araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net