Menyu

Baş Prokurorluq respublikanın 6 rayon və şəhərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparıb

Nərmin Qocamanlı
Baş Prokurorluq respublikanın 6 rayon və şəhərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparıb

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublikanın 6 rayon və şəhərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Araşdırmalar zamanı Qusar rayonunun Kirig kəndində, Qəbələ rayonunun Bum bələdiyyəsinə məxsus torpaq sahəsində, Mingəçevir şəhərinin H.Hüseynov, Sumqayıt şəhərinin Məmməd Araz küçələrində, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində, Bakı şəhəri, Binəqədi rayonu Görədil kəndində meşə fonduna daxil olmayan, ümumilikdə 92 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 26 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Aşkar edilmiş faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər