Menyu

Bakıda dəm qazının miqdarı normadan yuxarı olub

Nərmin Qocamanlı
Bakıda dəm qazının miqdarı normadan yuxarı olub

Bakıda atmosfer havasında dəm qazının miqdarı normadan yuxarı olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazı 1.2 dəfə normadan yüksək müəyyən edilib.

Dəm qazının miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır.

Teqlər:

"Bak\u0131da d\u0259m qaz\u0131n\u0131n miqdar\u0131 normadan yuxar\u0131 olub"

Əlaqəli Xəbərlər