Menyu

Ötən ay 21 aptekdə yoxlama aparılıb

Nərmin Qocamanlı
Ötən ay 21 aptekdə yoxlama aparılıb
1 dəq oxu

Ötən ay Bakı şəhəri üzrə 17 planlı və 3 plandan kənar, respublikanın digər şəhər və rayonlarında isə 1 aptekdə plandan kənar olmaqla, ümumilikdə 21 aptekdə planlı və plandan kənar yoxlamalar aparılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yoxlamalar zamanı 1 aptekdə nöqsan aşkarlanıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3 maddəsi üzrə protokol tərtib edilib.

Əlaqəli Xəbərlər