http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin müəllim və tələbələri əsgərlərlə görüşüb - VİDEO

11 Dekabr 2023 , 17:41
Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin müəllim və tələbələri əsgərlərlə görüşüb - VİDEO

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin hazırladığı “Sağlam gənclik-sağlam gələcək” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilir. Növbəti tədbirdə tibb fakültəsinin müəllim və tələbələri Əlahiddə Ümumqoşun Ordunun Təlim Tədris Mərkəzində əsgərlərlə görüşüblər.
Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini, general-mayor Rəhim Cəfərov, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin dekanı İlhamə Mustafayeva,Təməl tibb fənləri kafedrasının baş müəllimi Bəxtiyar Hüseynov və digər çıxış edənlər bildiriblər ki, ulu öndər Heydər Əliyevin “İnsanların sağlamlığı dövlətin və cəmiyyətin sağlamlığıdır” fikrini əsas götürərək hazırlanan “Sağlam gənclik-sağlam gələcək” layihəsi artıq 5 ildir ki, davam etdirilir.
Qeyd olunub ki, uşaq, yeniyetmə və gənclərin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən bu layihə muxtar respublikanın təhsil müəssisələri ilə yanaşı, Ordumuzun hərbi hissələrində də icra edilir.
Çıxışlar zamanı ordumuzun qüdrətindən danışılıb, hərbi qulluqçuların ilk tibbi yardımı bilməyinin vacibliyi diqqətə çatdırılıb.
Çıxışların ardından Tibb fakültəsində təhsil alan tələbələr  klinik ölüm zamanı təxirəsalınmaz yardım, yuxarı tənəffüs yollarına yad cisimin düşməsi, koma vəziyyəti, şok və özündəngetmə, sınıqlar, çıxıqlar, günvurma, donvurma, qanaxmalar və digər mövzularda ilk tibbi yardımın göstərilməsi qaydalarını simulyasiyalar və canlı şəxslər üzərində tətbiq edərək şəxsi heyətə öyrədib, onları maraqlandıran sualları cavablandırıblar. Diskussiya və müzakirə şəraitində keçirilən tədbirdə əsgərlər də ilk tibbi yardım barədə bilik və bacarıqlarını nümayiş etdiriblər.

OXŞAR XƏBƏRLƏR
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

Seyfəli poliqonunda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Seyfəli poliqonunda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib

Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib

XƏBƏR LENTİ
  • 13:04

    Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər
  • 12:42

    Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
  • 12:14

    Yük avtomobili dərəyə yuvarlanıb, ölən var
  • 11:45

    Sabahın hava proqnozu açıqlanıb
    Sabahın hava proqnozu açıqlanıb
  • 11:30

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO
  • 11:02

    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
  • 10:38

    İranda kömür mədənində partlayış olub
  • 10:09

    Seyfəli poliqonunda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Menyu