http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Azərbaycan və Qazaxıstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

14 Dekabr 2023 , 16:18
Azərbaycan və Qazaxıstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Əməliyyat Planlaşdırılması Departamentinin rəisi general-mayor Marat Aymaşevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, nümayəndə heyəti əvvəlcə Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, xatirələrinə ehtiram nümayiş etdirib.
General-polkovnik K.Vəliyev qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan və Qazaxıstan arasında ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib. Bu cür görüşlərin hərbi əməkdaşlığın genişləndirilməsi baxımından zəruriliyi xüsusi vurğulanıb.
Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən general-mayor M.Aymaşev qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdırıb.
Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.
Qazaxıstanlı nümayəndə heyəti daha sonra Əməliyyat Baş İdarəsinə gəlib. Baş idarə rəisi general-leytenant Azər Əliyevlə keçirilən görüşdə hərbi və hərbi təhsil sahələrində əməkdaşlığa, o cümlədən 2024-cü il ərzində birgə təlimlərin keçirilməsinə dair geniş fikir mübadiləsi aparılıb.
Sonda Müdafiə Nazirliyinin və Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda məntəqələrinə, Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzinə gələn qonaqlara buranın əsas fəaliyyət istiqamətləri, imkan və qabiliyyətləri barədə ətraflı məlumatlar verilib.

OXŞAR XƏBƏRLƏR
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb

Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb

XƏBƏR LENTİ
  • 13:04

    Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər
  • 12:42

    Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
  • 12:14

    Yük avtomobili dərəyə yuvarlanıb, ölən var
  • 11:45

    Sabahın hava proqnozu açıqlanıb
    Sabahın hava proqnozu açıqlanıb
  • 11:30

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO
  • 11:02

    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
  • 10:38

    İranda kömür mədənində partlayış olub
  • 10:09

    Seyfəli poliqonunda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Menyu