22 Dekabr 2023, 13:50
Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib - VİDEO
Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib - VİDEO şəkil
Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib - VİDEO

Cari ilin hazırlıq planına uyğun olaraq, snayper tüfənglərindən atəş hazırlığı üzrə praktiki atış çalışmaları yerinə yetirilib.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, təlim sahəsində şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra hərbi qulluqçular atəş mövqeyinin tutulması və silahın döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri yerinə yetiriblər.

Snayperlər şərti düşmən hədəflərinin aşkar olunması, düzgün nişanalma qaydalarına əməl etməklə məhv edilməsi üzrə tapşırıqları yüksək peşəkarlıqla icra ediblər.

Çalışmaların keçirilməsində əsas məqsəd hərbi qulluqçuların hazırlıq səviyyəsinin artırılması, praktiki vərdişlərinin və atəşaçma bacarıqlarının daha da təkmilləşdirilməsidir.

Son xəbərlər
Azərbaycan millisi Belçikaya məğlub oldu
BMT-də COP29-da əldə edilən mühüm nailiyyətlər vurğulanıb
Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
ABŞ Qəzzaya qoşun göndərməyəcək
"Qalatasaray" yeni transferini açıqladı
Luis Enrike: "Mbappe getdikdən sonra PSJ daha da güclənib"
Aİ Qəzzanı Fələstin dövlətinin ayrılmaz hissəsi hesab edir
ABŞ İran şirkətlərinə qarşı sanksiyalar tətbiq edib