Menyu

Qəzada həlak olan hərbçimiz Xaçmazda dəfn olundu

Qəzada həlak olan hərbçimiz Xaçmazda dəfn olundu
1 dəq oxu

Azərbaycan Ordusunun Laçında avtomobil qəzasında həlak olan hərbi qulluqçusu Səxavət Axundov yanvarın 5-də Xaçmaz rayonunun Sayad kəndinin qəbiristanlığında dəfn olunub.

"Operativ Media" Report-a istinadən xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

S.Axundovun tabutuna sarılmış Azərbaycan bayrağı hərbçinin atasına təqdim olunub.

Qeyd edək ki, S.Axundov 2004-cü ildə Sayad kəndində anadan olub. Ailənin ikinci övladı olub. Hərbi xidmətini bitirməyinə 3 ay qalmışdır.

Əlaqəli Xəbərlər