Menyu

Ombudsman Aparatının yeni vebsaytı təqdim edilib

Nərmin Qocamanlı
Ombudsman Aparatının yeni vebsaytı təqdim edilib

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının yeni vebsaytı təqdim edilib.

"Operativ Media" xəbər verir ki, saytın təqdimatı ilə bağlı Ombudsman Aparatında media nümayəndələri ilə görüş keçirilib. Qeyd edilib ki, saytın yenidən hazırlanmasında və təkmilləşdirilməsində məqsəd bütün vətəndaşlar üçün əlçatanlığın, suallara operativ cavab verilməsinin təminatıdır.

Saytın detalları haqqında məlumat verən Ombudsman Aparatının sektor müdiri İnsaf Nəsirov qeyd edib ki, saytda "Çağrı Mərkəzi: 916" yazısına tıklayan kimi Ombudsmana zəng edilir. Onun sözlərinə görə, "Çağrı Mərkəzi" vətəndaşın zəngini və müraciətini operativ qeydə alır.

Bildirilib ki, saytın yeni versiyasında xüsusi hissələrdən biri də "Müyəssərlik menyusu"dur. Bu xidmət vasitəsilə əlillərin və fiziki məhdudiyyətli şəxslərin istifadəsi rahatlaşacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər