Menyu

DYP: Paytaxtda piyada təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir

Nərmin Qocamanlı
DYP: Paytaxtda piyada təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir

Bakı şəhər DYP İdarəsinin əməkdaşları piyada məsuliyyətinin artırılması və onların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbir keçirib.

DYP-dən "Operativ Media"ya verilən məlumata görə, paytaxtın bir neçə rayonunda təşkil olunan növbəti tədbir zamanı yaxınlıqdakı yerüstü və yeraltı piyada keçidlərindən istifadə etməyən, avtomobillərin intensiv hərəkət etdiyi yolda özləri ilə yanaşı, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb, keçdikləri ərzidə baş vermiş ağır yol-nəqliyyat hadisələrinin görüntüləri göstərilib və yol hərəkəti qaydalarına riayət etməyin həyati əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Bakı şəhər DYP İdarəsi piyada intizamının möhkəmləndirilməsinə yönələn tədbirlərin mütəmadi olaraq həyata keçiriləcəyini bildirir və hər kəsi cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb edən bu məsələdə həmrəy olmağa çağırır.

Teqlər:

"DYP: Paytaxtda piyada t\u0259hl\u00fck\u0259sizliyinin t\u0259min edilm\u0259si istiqam\u0259tind\u0259 t\u0259dbirl\u0259r davam etdirilir"

Əlaqəli Xəbərlər