Menyu

Yaşadığı evdə "Kalaşnikov" avtomatı gizlədən Lənkəran sakini saxlanılıb

Nərmin Qocamanlı
Yaşadığı evdə "Kalaşnikov" avtomatı gizlədən Lənkəran sakini saxlanılıb
1 dəq oxu

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş olunmuş Rəvan Rzayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, keçirilən baxış zamanı onun yaşadığı evdə gizlətdiyi "AK-74" markalı markalı avtomat, həmin silaha aid daraq və 6 ədəd patron aşkarlanaraq götürülüb. 
Ümumilikdə isə, son 10 gün ərzində Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat və profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən 2 ədəd "Kalaşnikov" avtomatı və müvafiq sənədləri olmadan qanunsuz saxlanılan 15 ədəd ov tüfəngi götürülüb.

Əlaqəli Xəbərlər