Menyu

Azərbaycan ərzaq məhsulları ilə özünü niyə təmin edə bilmir?

Nərmin Qocamanlı
Azərbaycan ərzaq məhsulları ilə özünü niyə təmin edə bilmir?

Bazar və marketlərdə yerli istehsal məhsul tapmaq hər ərzaq növü üçün demək olar ki, mümkün deyil. Vitrinlərdə daha çox Türkiyə, Rusiya və digər ölkələrin məhsullarını təqdim edilir. Yerli balıq məhsulları piştaxtalarda yoxdur, kartof İran, şirniyyat və yağlar isə Rusiyadan idxal edilir. Onların da qiyməti əksər hallarda baha olur. Bəs yerli ərzaq tələbatı niyə ödənilmir?

İqtisadçı ekspert Rəşad Həsənov “Operativ Media” ya açıqlamasında bildirib ki, bəzi məhsulların yerli istehsalı istehlak normasından aşağıdır. Ona görə də həmin qidalardan idxal asılılığı davam edir:

“Bütün ərzaq növləri üzrə eyni göstəricidən söhbət getmir. Məsələn ərzaq təyinatlı buğda baxımından ölkə təxminən 95 faiz asılıdır. Düyü təminatı baxımından ölkə 83 faiz idxaldan asıldır. Yarma təyinatı baxımından 94 faiz asılılıq var. Amma bitkiliçik məhsulları, bostan, meyvə tərəvəz baxımından demək olar ki, ölkədə daxili istehlakın üzərində bir istehsal həcmi vardır. 110-120 faiz bəzi məhsullarda hətta 138 faiz istehsal həcmi vardır. Bununla belə, bir qisim zəruri ərzaqların istehsalı qənaətbəxş sayıla bilər”.

Ekspert bildirir ki, ölkədə kərə yağının istehsalı az olsa da, marqarin yağı və şəkər tozu təlabatı ödəyir. İqtisadçı bir çox ərzaqların istehsalının artırılması üçün potensial olduğunu da deyir:

"Məhsulun idxal edilməsi o demək deyil ki, həmin məhsul mütləq bahadır. Yanaşma yanlışdır. Nəzərə alsaq ki, Azərbaycan uzun müddət aqrar təyinatlı ölkə olub, aqrar məhsulların istehsalı istiqamətində böyük imkanlar vardır. Amma təəssüf ki, bu imkanlar səmərəli şəkildə istifadə olunmur. Xüsusilə son 10 ildə iqlim dəyişikliyi ilə bu sahələrdə geriləmə belə baş verir.  Əlbəttə bu və ya digər şəkildə bu qiymətlərin dəyişməsinə öz təsirini göstərir. Yerli istehsalı genişləndirmək üçün şərtlər sadələşdirilsə, daha böyükl imkanlar yaradılsa məhsuldarlıq artar, nəticədə bazarda ucuzlaşma müşahidə olunar”.

Teqlər:

"Az\u0259rbaycan \u0259rzaq m\u0259hsullar\u0131 il\u0259 \u00f6z\u00fcn\u00fc niy\u0259 t\u0259min ed\u0259 bilmir?"

Əlaqəli Xəbərlər