Menyu

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti hakimlərlə görüş keçirib

Nərmin Qocamanlı
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti hakimlərlə görüş keçirib

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə "ASK Arena"da Texniki Komitənin üzvləri, ağırlıqqaldırma üzrə digər beynəlxalq dərəcəli hakimlər və mütəxəssislərlə görüş keçirib.

Qurumun mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, iştirakçıları salamlayan federasiya prezidenti hakimlərin ağırlıqqaldırma ictimaiyyətinin vacib üzvlərindən biri olduqlarını qeyd edib.

O, bildirib ki, idmançı və məşqçilərlə yanaşı, onlar da beynəlxalq arenada ölkəmizi təmsil edirlər və bu səbəbdən də bu sahəyə diqqətin artırılması mütləqdir.

Nəbizadə federasiyanın bu istiqamətdə bir sıra addımlar atacağını, bunun gələcəkdə öz müsbət effektini verəcəyinə inamını ifadə edib. O, xüsusilə hakimlərimizin xarici dil biliklərinin artırılmasının vacibliyini önə çıxarıb, gələcəkdə bu amilə də müstəsna əhəmiyyət veriləcəyini diqqətə çatdırıb.

Sonra mütəxəssislərə söz verilib. Onların da iştirakı ilə müzakirələr zamanı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb, mövcud problemlər dilə gətirilib, rəy və təkliflər verilib. Səmərəli keçən bu cür görüşlərin mütəmadi təşkil olunması qərarı qəbul edilib.

Teqlər:

"Az\u0259rbaycan A\u011f\u0131rl\u0131qqald\u0131rma Federasiyas\u0131n\u0131n prezidenti hakiml\u0259rl\u0259 g\u00f6r\u00fc\u015f ke\u00e7irib"

Əlaqəli Xəbərlər