13 Yanvar 2024, 18:12
Hərbi qulluqçuların asudə vaxtı səmərəli təşkil olunur - VİDEO
Hərbi qulluqçuların asudə vaxtı səmərəli təşkil olunur - VİDEO şəkil
Hərbi qulluqçuların asudə vaxtı səmərəli təşkil olunur - VİDEO

Azərbaycan Ordusunda şəxsi heyətin mədəni asudə vaxtının səmərəli təşkili məqsədilə mütəmadi olaraq tədbirlər keçirilir. 

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, "N" hərbi hissədə Azərbaycan Ordusunun hərbi qulluqçularının mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərmək, şəxsi heyətin ruh yüksəkliyini daha da artırmaq və mədəni asudə vaxtının səmərəli təşkili məqsədilə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivinin təqdimatında mədəni-kütləvi tədbir keçirilib.
Tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 
Hərbi qulluqçulara vətənpərvərlik mövzusunda konsert proqramı təqdim edilib. 
Tədbirdə ifa olunan musiqilər və təqdim edilən rəqslər şəxsi heyət tərəfindən böyük maraqla qarşılanıb.

Son xəbərlər
Üç müntəzəm avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyən edilib
Sosial sığorta ödəmələri 11,6 faiz artıb
Azərbaycanda palçıq vulkanları - xüsusiyyətləri, ekoloji əhəmiyyəti - ARAŞDIRMA
Riçard Almeyda: "Tanrıya təşəkkür edirəm ki, mənim qarşıma Qurban Qurbanovu çıxardı"
ETX: "Azərpoçt" adından dələduzluqlar edilir
Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olunub
Yasamalda 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Vizaların sadələşdirilməsi turizmə necə təsir edir?