Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 3,8% artıb

Nərmin Qocamanlı
Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 3,8% artıb

Ölkəmizin maliyyə dayanıqlığının təmin edilməsində vergilərin rolu ildən-ilə artır.

"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də bildirib.

"2023-cü il ərzində Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci illə müqayisədə 3,8% artaraq 16 milyard 126,7 milyon manata çatıb".

O, qeyd edib ki, bu müddətdə qeyri neft-qaz sektorundan vergi daxilolmaları əvvəlki illə müqayisədə 19,3% artaraq 9 milyard 707,8 milyon manattəşkil edib.

Digər xəbərlər