Menyu

Milli Müdafiə Universitetində Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti ilə görüş keçirilib

Nərmin Qocamanlı
Milli Müdafiə Universitetində Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti ilə görüş keçirilib

Ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Milli Müdafiə Universiteti və Komanda-Qərargah Akademiyasının rəhbərliyi, professor-müəllim heyəti və dinləyiciləri Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunu ziyarət ediblər.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, qonaqlara Milli Müdafiə Universitetinin yaranma tarixi və təhsil sistemi, eləcə də elmi fəaliyyəti barədə brifinq təqdim edilib.

Keçirilən görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsindən söhbət açılıb, bu istiqamətdə görüləcək işlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Sonra nümayəndə heyəti  Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində olub.

Qonaqlar  institutun və mərkəzin əsas fəaliyyət istiqamətləri, imkan və qabiliyyətləri barədə məlumatlandırılıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və birgə xatirə şəkli çəkdirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər