İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində "McKinsey & Company" şirkətinin regional idarəedici tərəfdaşı Özgür Tanrıkulu ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə nazir öz "X" hesabında bildirib.
O, qeyd edib ki, görüşdə Azərbaycanda keçiriləcək COP29 tədbiri çərçivəsində potensial tərəfdaşlıqlar, biznes mühitinin və insan kapitalının innonativ əsaslarla inkişafı istiqamətində şirkətlə əməkdaşlıq və iqtisadiyyatda rəqəmsal transformasiyanın perspektivləri müzakirə olunub.






