İqtisadiyyat naziri Mikayıl Cabbarov SOCAR-ın prezidenti Rövşən Nəcəf ilə birlikdə "Trafigura Group Pte Ltd"nin sədri və baş icraçı direktoru Ceremi Veirlə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Mikayıl Cabbarov öz "X" hesabında bildirib.
Görüş zamanı şirkətin ölkəmizlə yaşıl enerjiyə keçid, dekarbonizasiya, alüminium istehsalı kimi sahələrdə səmərəli əməkdaşlığı, Azərbaycanın biznez mühitinin perspektivləri və COP29 çərçivəsində potensial sahələrdə birgə fəaliyyət imkanlanı nəzərdən keçirilib.
Qeyd edək ki, görüş Davos İqtisadi Forumu çərçivəsində baş tutub.






