İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində "Coca-Cola" şirkətinin beynəlxalq inkişaf üzrə prezidenti Enrike Braun ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə nazir "X" də bildirib.
Görüşdə sərmayələrin təşviqi üçün Azərbaycanın əlverişli iqtisadi mühitinin və xarici investorlar üçün yaradılmış imkanların əhəmiyyətini vurğulanıb.
Şirkətin Azərbaycanda həyata keçirdiyi layihələrin icrası, investisiya əməkdaşlığının şaxələndirilməsi potensialı və perspektiv layihələr barədə müzakirələr aparılıb.






