Menyu

Qaradağda vətəndaşın yanan avtomobili sərhədçilərin köməyi ilə söndürülüb

Nərmin Qocamanlı
Qaradağda vətəndaşın yanan avtomobili sərhədçilərin köməyi ilə söndürülüb

Yanvar ayının 25-də saat 09:22-də Qaradağ rayonu Səngəçal qəsəbəsinin ərazisində vətəndaş Bərədov Aslan Emin oğluna məxsus “Peugeot” markalı avtomobildə naməlum səbəbdən yanğın hadisəsi baş verib.

"Operativ Media" xəbər verir ki, baş vermiş yanğın hadisəsi Dövlət Sərhəd Xidmətinin yaxınlıqda yerləşən hərbi hissəsində xidmət aparan hərbi qulluqçular tərəfindən müşahidə kameraları vasitəsilə görülüb və hadisə barədə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat verilərək hərbi hissəsinin yanğınsöndürmə avtomobili heyəti ilə birlikdə hadisə yerinə hərəkət edib.

Əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri ilə birlikdə görülmüş tədbirlər nəticəsində avtomobil qısa müddətdə söndürülüb.

Hadisə zamanı xəsarət alma halı qeydə alınmayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər