Menyu

“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Samuxda keçiriləcək

Nərmin Qocamanlı
“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Samuxda keçiriləcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü Samux rayonunda keçiriləcək.

"Operativ Media" “Azəriqaz”a istinadən verdiyi məlumata görə, sahibkarlarla görüş İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində təşkil olunacaq.

Aksiya rayonun Qarayeri qəsəbəsində (1 nömrəli məktəbin qarşısı) baş tutacaq. “Səyyar qəbul otağı” yanvarın 31-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər