Menyu

Ötən gün 10 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

Nərmin Qocamanlı
Ötən gün 10 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
1 dəq oxu

Polis əməkdaşlarının yanvarın 29-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 10 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 8,1 kiloqramdan artıq heroin, 1 kiloqramdan çox metamfetamin və 900 qrama yaxın marixuana olub.
 
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Əlaqəli Xəbərlər