Menyu

Sumqayıt Kimya Sənaye Parkının rezidentlərin sayı 39-a çatıb

Nərmin Qocamanlı
Sumqayıt Kimya Sənaye Parkının rezidentlərin sayı 39-a çatıb
1 dəq oxu

"Bakı Karton və Qutu Fabriki" MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib və bununla da rezidentlərin sayı 39-a çatıb.

"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də bildirib.

O, qeyd edib ki, şirkət tərəfindən Sənaye Parkının ərazisində inşaat materiallarının və aqro-sənaye məhsullarının qablaşdırılması üzrə karton kağızın istehsalı fabriki yaradılacaq.

"İnvestisiya dəyəri 20 milyon manat olan müəssisədə 100 nəfərin daimi iş yeri ilə təmin olunması nəzərdə tutulur", - nazir bildirib.

Nərmin Qocamanova

Əlaqəli Xəbərlər