Menyu

Azərbaycan süni brilliant istehsalı üçün Hindistan şirkəti ilə memarondum imzalayıb

Nərmin Qocamanlı
Azərbaycan süni brilliant istehsalı üçün Hindistan şirkəti ilə memarondum imzalayıb

Laborator şəraitdə süni brilliantlar bir çox sənayedə, tibbi avadanlıqların istehsalında, hərbi sənayedə istifadə olunur. Süni brilliantların istifadəsi və tətbiqi sürətlə artır.

“Operativ Media" xəbər verir ki, bunu  "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün keçirilən 2023-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, ötən ilin payızında “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ilə Hindistan şirkəti arasında Ələt Azad İqtisadi Zonasında belə bir istehsal qurulması üçün anlaşma memarondumu imzalanıb:

"Müqavilənin şərtləri bizə uyğundur. Süni brilliantın yeganə fərqi onun daha qısa müddətdə 2-3 həftəyə ərsəyə gəlməsidir. Qeyd edim ki, süni brilliantın xammalı təbii brilliantdan götürülür”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər