Naxçıvanda xüsusi təyinatlılar şərti düşmən hədəflərini məhv ediblər
Nərmin Qocamanlı
Daxili Qoşunların Naxçıvandakı birləşməsinin xüsusi təyinatlıları təyin edilmiş şərti düşmən hədəflərini məhv ediblər.
"Operativ Media" xəbər verir ki, hazırlıq planına uyğun olaraq döyüş atışlı məşğələyə cəlb edilmiş hərbi qulluqçular snayper tüfənglərindən, müxtəlif çaplı atıcı silahlardan, tapança və qumbaraatanlardan praktiki atışlar yerinə yetiriblər.
Çətin hava və relyef şəraitində snayper cütlüklərinin maskalanma tədbirlərinə əməl etdikləri məşğələyə zirehli texnikalar da cəlb edilib.
Havanın əlverişsiz olmasına baxmayaraq, Daxili Qoşunların Naxçıvandakı birləşməsinin xüsusi təyinatlılarının yüksək peşəkarlıq nümayiş etdirdiyi məşğələlər davam edir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net