"Azərişıq” ASC-nin sədri Saatlıda qəbul keçirib
Nərmin Qocamanlı
Bu gün “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Saatlı və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edib.
"Operativ Media" “Azərişıq” ASC-yə istinadən xəbər verir ki, Şirvan Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ) Saatlı rayonunda yerləşən inzibati binasında baş tutan qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb.
Bildirilib ki, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net