Menyu

Penitensiar Xidmət daha bir müəssisədə məhkumlar üçün aşpazlıq kursuna yekun vurub

Penitensiar Xidmət daha bir müəssisədə məhkumlar üçün aşpazlıq kursuna yekun vurub

Ədliyyə Nazirliyi Penitensiar xidmət, Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi və Dövlət Məşğulluq Agentliyi tərəfindən cəmiyyətə inteqrasiyanın asanlaşdırılması, ictimai faydalı əməyin aşılanması və yeməyin keyfiyyətinin artırılması məqsədilə məhkumlar üçün başlanılmış təlim kursları uğurla davam etdirilir. 

"Operativ Media" xəbər verir ki, 1 saylı cəzaçəkmə müəssisəsində növbəti aşpazlıq kursunu uğurla bitirmiş məhkumlara sertifikatlar təqdim olunub.

Sertfikat alan məhkumlar həm cəza çəkdikləri müddət ərzində müəssisədə əmək fəaliyyəti ilə məşğul olacaqlar, həmçinin azadlığa çıxdıqdan sonra yiyələndikləri peşə üzrə fəaliyyətlərini davam etdirə biləcəklər. 

Məhkumların sosial adaptasiyasının gücləndirilməsi, yeni istehsalat və peşə sahələrinin yaradılması istiqamətində birgə layihələrin icrası hər zaman diqqət mərkəzindədir. 

Teqlər:

"Penitensiar Xidm\u0259t daha bir m\u00fc\u0259ssis\u0259d\u0259 m\u0259hkumlar \u00fc\u00e7\u00fcn a\u015fpazl\u0131q kursuna yekun vurub"

Əlaqəli Xəbərlər