Menyu

Gəncədə qəbiristanlıqdan oğurluq edən şəxs saxlanılıb

Nərmin Qocamanlı
Gəncədə qəbiristanlıqdan oğurluq edən şəxs saxlanılıb

Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki qəbiristanlıqlardan birindən mərmərdən hazırlanan sinə daşını və güldanı oğurlamaqda şübhəli bilinən şəhər sakini Xətai Tağıyev saxlanılıb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, mərmər sexində işləyən şübhəli şəxs oğurladığı əşyaları başqa bir rayondan olan mərhumun ailə üzvlərinə satıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. Maddi sübutlarla birlikdə istintaqa təhvil verilən X. Tağıyev törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 

Teqlər:

"G\u0259nc\u0259d\u0259\u00a0q\u0259biristanl\u0131qdan\u00a0o\u011furluq\u00a0ed\u0259n\u00a0\u015f\u0259xs saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər