31 Yanvar 2024, 10:07
DİN kibercinayətkarlıqlarla bağlı vətəndaşlara xəbərdarlıq edib
DİN kibercinayətkarlıqlarla bağlı vətəndaşlara xəbərdarlıq edib şəkil
DİN kibercinayətkarlıqlarla bağlı vətəndaşlara xəbərdarlıq edib

Daxili İşlər Nazirliyi kibercinayətkarlıqlarla bağlı vətəndaşlara xəbərdarlıq edib.

"Operativ Media" xəbər verir ki, xəbərdarlıqda deyilir:

"Kibercinayətkarlıqlarla üzləşməmək üçün vətəndaşlarımızı aşağıda qeyd edilənlərə riayət etməyə, internet resurslarında ayıq-sayıq olmağa çağırırıq.

- Mobil və şəhər nömrələrindən zəng edən şəxslərə bank kartlarınızdakı məlumatları, yəni kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu (“3D secure”) təqdim etməyin. Hətta bu bank əməkdaşı olsa belə;

- Sosial media və elan saytları üzərindən satışa çıxardığınız məhsulları guya almaq məqsədilə özünün ölkədə olmadığını, həmçinin uzaq məsafədə olduğunu əsas gətirərək ödənişi onlayn yolla edəcəyini bildirən şəxslərə bank kartı məlumatlarını təqdim etməyin;

- İşə qəbul olunmağınızı əsas gətirərək guya “sağlamlıq haqqında arayış” üçün əvvəlcədən hansısa məbləğ tələb edən şəxslərə ödəniş etməyin;

- "Yüksək gəlirli onlayn iş imkanı" kimi zahirən cazibədar, sadə tapşırıqlar qarşılığında yüksək ödəniş vədlərinə etibar etməyin. Saxta sayt və ya hesablar üzərindən göndərilən iş təkliflərinə inanmayın. Üzvlük və ya başlanğıc üçün ödəniş etməyin;

- Xarici nömrələrdən, həmçinin virtual nömrələrdən zəng edən şəxslərə bank kartı məlumatlarını təqdim etməyin;

- Alqı-satqı saytlarında hər hansı bir mənzili, avtomobili (telefon, geyim əşyaları, mebel və s.) dəyərindən çox aşağı qiymətə elana qoyan şəxslərə alacağınız əmlaka və məhsula baxış keçirmədən beh verməyin;

- Sosial şəbəkələrdə keçirilən yarışların qalibi olduğunuz, o cümlədən hədiyyə qazanmağınız barədə mesaj alsanız hədiyyənin çatdırılması (karqo) üçün ödəniş etməyin;

- “Haker”, “baxıcı”, “faizə pul”, “profillərin izlənilməsi” və bu kimi digər səhifələrə müraciət etməyin, hesablarına pul köçürməyin;

- Saytların domen adlarına diqqət edin. Məşhur şirkətlərin domen adlarına bənzər fişinq məqsədləri üçün yaradılmış saytlara qarşı diqqətli olun;

- Sosial şəbəkələrdəki tanımadığınız, etibar etmədiyiniz səhifələrdən alış-veriş etməyin.

Göstərilən hallarla rastlaşdıqda şübhəli linklərə daxil olmamaq, yönləndirilən saxta veb səhifələri açmamaq, orada ödəniş etməmək, dərhal DİN-in “102” Xidmətinə və Nazirliyin sosial şəbəkə hesablarına müraciət etməniz tövsiyə olunur".
 

Son xəbərlər
İsrail Tehranda bir sıra strateji əhəmiyyət daşıyan hədəfləri vurub
Ərdoğan: Gərginliyi dayandırmaq üçün diplomatik səylər ortaya qoyuruq
Azərbaycan “Qlobal Dayanıqlı İnkişaf Konqresi”ndə 50 nəfərə yaxın heyətlə təmsil olunur
16 İyun 2025, 19:46
Mirzoyan ATƏT sədrini Ermənistan-Azərbaycan sülh prosesi barədə məlumatlandırıb
İsrail İranın dövlət televiziyasının binasına zərbə endirib
Azərbaycan sərhədindən Belarus vətəndaşlarının təxliyəsi həyata keçirilib
İsrail: Tehrana yeni zərbələr endiriləcək
Əbu-Dabi İnkişaf Fondunun Azərbaycana investisiya imkanları müzakirə edilib