Menyu

“Azəristiliktəchizat” ASC-nin rəsmisi Siyəzən, Xızı və Şabrandan olan vətəndaşlarla görüşəcək

Nərmin Qocamanlı
“Azəristiliktəchizat” ASC-nin rəsmisi Siyəzən, Xızı və Şabrandan olan vətəndaşlarla görüşəcək
1 dəq oxu

“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev fevralın 9-da Siyəzən şəhərində Siyəzən, Xızı və Şabrandan olan vətəndaşlarla görüşəcək.

ASC-dən "Operativ Media"ya bildirilib ki, qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək.

Qəbul Siyəzən şəhərində Heydər Əliyev Mərkəzində keçiriləcək.

Əlaqəli Xəbərlər