Menyu

Sabirabadda kənd tibb məntəqəsində yanğın olub

Nərmin Qocamanlı
Sabirabadda kənd tibb məntəqəsində yanğın olub
1 dəq oxu

Sabirabad rayonunun Bala Həşimxanlı kəndində yanğın olub.

"Operativ Media" FHN-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 50 m² olan birmərtəbəli kənd tibb məntəqəsinin tavanının qamışdan ibarət örtüyü 4 m² sahədə yanıb.

Tibb məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlaqəli Xəbərlər