Menyu

E-Polis mobil tətbiqi istifadəyə verilib

Nərmin Qocamanlı
E-Polis mobil tətbiqi istifadəyə verilib

Daxili İşlər Nazirliyinin (DİN) E-Polis mobil tətbiqi istifadəyə verilib.

"Operativ Media" xəbər verir ki, tətbiq vasitəsilə məhkumluq, nəqliyyat vasitəsinin zədələnməsi, axtarışda olması və yüklü olması, icbari sığorta və vətəndaşın olduğu yer üzrə arayışlar üçün müraciətlər etmək və onları rəqəmsal formada əldə etmək mümkündür.

Həmçinin proqram vasitəsi ilə borcla bağlı ölkədən çıxışa STOP qoyulmasını, işğaldan azad edilən ərazilərə buraxılış icazəsinin mövcudluğunu da yoxlamaq olar.

Qeyd edək ki, tətbiq artıq “Play Store” mobil mağazasına yerləşdirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər