Menyu

Azərbaycan Ordusunun bölmələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir - VİDEO

Redaksiya
Azərbaycan Ordusunun bölmələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir - VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qarşıya qoyduğu tələblərə, müdafiə nazirinin əmr və sərəncamlarına əsasən qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə Azərbaycan Ordusunda təlim-tədris prosesi davam etdirilir.

"Operativ Media" xəbər verir ki, yeni tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrdə döyüşə hazırolma üzrə tədbirlər həyata keçirilir.

Tədbirlər zamanı bölmələrin həyəcan siqnalı ilə qaldırılaraq döyüşə hazır vəziyyətə gətirilməsi üzrə tapşırıqlar məşq etdirilir.

Qeyd edək ki, 2024-cü ilin hazırlıq planına əsasən, bölmələrin daimi dislokasiya məntəqələrini tərk edərək təlim mərkəzlərinə və ümumqoşun poliqonlarına hərəkəti də nəzərdə tutulub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər