TƏBİB sosial şəbəkələrdə yeni rubrikaya start verib

Nərmin Qocamanlı
TƏBİB sosial şəbəkələrdə yeni rubrikaya start verib

"Bu gündən etibarən TƏBİB-in sosial şəbəkə səhifələrində “Sağlamlığınızın sığortası” adlı rubrika təqdim ediləcək".

"Operativ Media" xəbər verir ki, bu barədə TƏBİB-in feysbuk hesabında paylaşım edilib:

"Məqsəd ölkə üzrə icbari tibbi sığorta savadlılığını daim təşviq etmək və maarifləndirməkdir.

Bütün ölkə vətəndaşları icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilərlər.

Tibbi xidmətə ehtiyacınız yarandığı təqdirdə TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisələrinə şəxsiyyət vəsiqəsi ilə müraciət etməyiniz kifayətdir.

Tibb müəssisələrində ixtisaslı həkimlər tərəfindən lazım olan tibbi xidmət göstərilir. Tibbi zərurət olduqda təminata alınan bütün laborator, diaqnostik müayinələr, fizioterapiya, ambulator və stasionar (xəstəxanada yatış) tibbi xidmət ödənişsiz həyata keçirilir.

“Sağlamlığınızın sığortası”nda qarşıdakı günlərdə sizə Xidmətlər Zərfində olan yeniliklər və bu yeniliklərin tibb müəssisələrində icrası ilə bağlı məlumatlar təqdim ediləcək".

Digər xəbərlər