Menyu

"Əvvəlki illərdən xəstəliyə görə möhlət alan şəxslər yenidən xidmətə gedə bilərlər" - Hərbi ekspert

Redaksiya
"Əvvəlki illərdən xəstəliyə görə möhlət alan şəxslər yenidən xidmətə gedə bilərlər" - Hərbi ekspert

"Əvvəlki illərdən xəstəliyə görə möhlət alan şəxslər xidmətə gedə bilərlər".

Bunu "Operativ Media"ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Ekspertin sözlərinə görə ölkədə islahatlar davam edir. Hərbi xidmətə çağırışla bağlı yeni sistemin tətbiqi bir sıra yeniliklər gətirəcək:

"Xidmətə çağırışla bağlı məsələlərdə xeyli işlər aparılır və gələcəkdə də aparılacaq. Əvvəlki illərdən xəstəliyə görə möhlət alan şəxslər xidmətə gedə bilərmi? Bəli, bu əvvəllər də mövcud idi. Əvvəllər də sağlamlıq vəziyyətinə görə, 6 aylıq, 1 illik, 3 illik möhlət hüququ verilirdi. Növbəti yoxlanışlar zamanı məlum olurdu ki, həmin şəxs artıq sağalıb, müalicə olunub, xidmətə gedə bilər. Ona görə də hesab edirəm ki, bu davamlı bir prosesdir. İnsan bu ay sağlam ola bilməz, amma 3 ay, 6 ay sonra sağlamlığı imkan verə bilər ki, xidmətə yararlı olsun. Bu, xəstəliyin dərəcələrinə görə müəyyən olunur".

Teqlər:

"\"\u018fvv\u0259lki ill\u0259rd\u0259n x\u0259st\u0259liy\u0259 g\u00f6r\u0259 m\u00f6hl\u0259t alan \u015f\u0259xsl\u0259r yenid\u0259n xidm\u0259t\u0259 ged\u0259 bil\u0259rl\u0259r\" - H\u0259rbi ekspert"

Əlaqəli Xəbərlər